Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
7Times.az xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki qərargahında təşkil olunan mərasimdə təmsilçimiz “Qarabağ”ın də rəqibi müəyyənləşib. Ağdam klubu pley-offda Belçika “Gent”i ilə qarşılaşaq.
Pley-off mərhələsinin oyunları fevralın 16 və 23-də keçiriləcək.
Qeyd edək ki, Konfrans Liqasında qrup qalibi olan 8 komanda – “Alkmaar” (Niderland), “Yurgorden” (İsveç), “Başakşəhər” (Türkiyə), “Sivasspor” (Türkiyə), “Vilyarreal” (İspaniya), “Nitsa” (Fransa), “Vest Hem” (İngiltərə) və “Slovan” (Slovakiya) birbaşa 1/8 finaldan mübarizəni davam etdirəcək.
10:34
*****
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
7Times.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olacaq.
Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. UEFA Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən “köhlən atlar” Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşəcək.
Səpələnməmişlər səbətində olan “Qarabağ” bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək.
Follow @7timesaz