“Gəlinin evi-eşiyi ayrıdır. Mənim onunla işim yoxdur. Allaha and olsun mənim adım bədnamdır. Mən elə adam deyiləm. Qapıdan içəri girirəm, 10 dəqiqəlik. Çayı süzür, ayaq üstü içib qaçıram”.
Milli.Az xəbər verir ki, bunu Zaur Baxşəliyev “Zaurla Günaydın”da qonaq olan Nazilə Səfərliyə deyib.
O bildirib ki, gəlini çox diqqətcildir:
“Mənim oğlumgil təzə ailədir, cahil ailə deyil. İki ziyalı evlənib. Bilirsən hansı gəlinə nəzarət edərlər?! Əsli-kökü olmayana, görüb götürməyənə, cahil adama. Bunlar ikisi də ziyalı – biri məmur, biri müəllim. Bunlara nə öyrədim?! Ağıllı insanlardırlar. Siz sakit adamlardan qorxun, haylı-küylü insanlardan heç vaxt qorxmaq lazım deyil. O, çox mədəni qızdır, yerinə bilən adamdır.
Birdənə nəyi xoşuma gəlir, deyim: Oğlumgil həftədə bir dəfə filan bizə gəlirlər bizə. Elə olur ya qalırlar, ya qalmırlar. Demək, gəlin kəşfiyyat aparıb ki, mən yuxudan neçədə dururam. O da bilir ki, mən 10-dan tez durmuram. Bir də baxıram telefonun budilnikini saat 9-a qurub ki, məndən tez dursun, mənə çay dəmləsin. Vallah, elə xoşum gəldi. Elə qıza nə nəzarət …”.
Qeyd edək ki, Nazilənin oğlunun toy mərasimi bu ilin may ayında baş tutub.