İdman

Portuqaliya dünya çempionatına 6 hücumçu ilə gedir – Heyət AÇIQLANDI

Portuqaliya dünya çempionatına 6 hücumçu ilə gedir – Heyət AÇIQLANDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliya milli komandasının bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti məlum olub.

Metbuat.az xəbər verir ki, baş məşqçi Fernando Santos 26 futbolçuya dəvət göndərib.

Qapıçılar: Dioqu Koşta (“Portu”), Xose Sa (“Vulverhempton”, İngiltərə), Ruy Patrisiu (“Roma”, İtaliya)

Müdafiəçilər: Dioqu Dalo (“Mançester Yunayted”, İngiltərə), Joau Kanselu, Ruben Diaş (hamısı “Mançester Siti”, İngiltərə), Danilo Pereyra, Nunu Mendeş (hər ikisi PSJ, Fransa), Pepe (“Portu”), Antoniu Silva (“Benfika”), Rafael Gerreyro (“Borussiya” Dortmund, Almaniya)

Yarımmüdafiəçilər: Joau Palinya (“Fulhem”, İngiltərə), Ruben Neveş, Mateus Nunyes (hər ikisi “Vulverhempton”, İngiltərə), Bernardu Silva (“Mançester Siti”, İngiltərə), Brunu Fernandeş (“Mançester Yunayted”, İngiltərə), Joao Mariu (“Benfika”), Otavio Monteyro (“Portu”), Vitinya (PSJ, Frabsa), Vilyam Karvalyu (“Betis”, İspaniya)

Hücumçular: Andre Silva (“Leiptsiq”, Almaniya), Kriştianu Ronaldu (“Mançester Yunayted”), Qonsalu Ramos (“Benfika”), Joau Feliks (“Atletiko” Madrid, İspaniya), Rafael Leau (“Milan”, İtaliya) və Rikardu Orta (“Braqa”).

Portuqaliya yığması mundialın H qrupunda Qana, Uruqvay və Cənubi Koreya ilə qarşılaşacaq. Mundial noyabrın 20-dən dekabrın 18-nə qədər olacaq.