Dünya

“Rusiya artıq bu müharibədə məğlub olub” – ŞAHİN CƏFƏRLİ

“Rusiya artıq bu müharibədə məğlub olub” – ŞAHİN CƏFƏRLİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndi bütün dünya görür ki, Rusiya kimi nəhəng dövlət, hərbi derjava və nüvə gücü öz ərazisi elan etdiyi torpaqları və böyük şəhəri qoruya bilmir”

“Əvvəl də qeyd etdiyimiz kimi, Rusiya komandanlığının Dneprin sağ sahilindən çəkilmək əmri hərbi-taktiki baxımdan doğru qərardır. Əgər oradakı qüvvələrini və hərbi texnikanı sağ-salamat, mütəşəkkil qaydada sol sahilə keçirə bilsələr (əslində proses Surovikinin “çətin qərarlar verə bilərik” açıqlamasından sonra başlamışdı), bu əməliyyatı həqiqətən uğurlu taktiki geriçəkilmə kimi qiymətləndirmək olar. Logistika pozulduqdan sonra sağ sahildə indiyədək ağır itkilərə məruz qaldıqlarını da söyləmək lazımdır”. 

Bunu 7Times.az-a açıqlamasında siyasi şərhçi Şahin Cəfərli bildirib.

Siyasi şərhçinin sözlərinə görə, vəziyyətin absurdluğu bundan ibarətdir ki, cəmi 1 ay 10 gün əvvəl təntənəli şəkildə, rəsmən Rusiya Federasiyası torpağı elan etdikləri ərazilərdən, o cümlədən Xerson kimi böyük şəhərdən geri çəkilmək zorunda qalırlar: “İlhaq qərarının məhz bu baxımdan tamamilə irrasional, gərəksiz, məntiqsiz olduğunu, Rusiya üçün çox ciddi reputasiya riskləri yaradacağını həmin qərar elan olunarkən yazmışdıq. İndi bütün dünya görür ki, Rusiya kimi nəhəng dövlət, hərbi derjava və nüvə gücü öz ərazisi elan etdiyi torpaqları və böyük şəhəri qoruya bilmir. Nüvə silahına əl atmağa da cəsarət etmir. Bu durumun Rusiyanın beynəlxalq nüfuzuna vuracağı zərbələri yaxın və orta vədədə bərpa etmək mümkün olmayacaq.

Şahin Cəfərlinin fikrincə, Rusiya artıq bu müharibədə məğlub olub: “Yeganə açıq qalan sual müharibənin nə zaman başa çatacağı və Ukraynanın qələbəsinin necə, hansı şərtlər çərçivəsində rəsmiləşəcəyidir”.