Maqazin

İkinci dəfə boşanmağa qərar verən Merve Boluğur danışdı: “Mənim də nöqsanlarım oldu”

İkinci dəfə boşanmağa qərar verən Merve Boluğur danışdı: “Mənim də nöqsanlarım oldu”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
46 günlük həyat yoldaşından boşanmağa qərar verən Merve Boluğur izləyiciləri ilə səbəbi bölüşüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, oktyabr ayında ailə qurduğu Mert Aydından boşanmağa qərar verdikdən sonra Merve Boluğur sosial media hesabında izləyicilərinin suallarını cavablandırıb.
Noyabrın 6-da nikah üzüyünü çıxararaq boşanacağını bildirən Merve Boluğur İnstaqram hesabında paylaşım edərək boşanma qərarını açıqlayıb. Boluğur fikir ayrılıqlarına görə boşanmağa qərar verdiyini bildirib.
İnstaqram hesabından aktiv istifadə edən Boluğur ötən gün izləyicilərinin suallarını cavablandırıb. “Sənin kimi qadını əlindən qaçıran adama nə deyilir?” sualını cavablandıran məşhur “Mənim də nöqsanlarım oldu”,- deyə cavab verib. Kədərləndiyini, amma təslim olmadığını deyən aktrisa “Kədərlənirəm, bəli, amma həyat davam edir”, – deyə bildirib.
Həmçinin o, kədərləndiyi zaman qırmızı dodaq boyasını çəkərək ayağa qalxdığını söyləyib.
Qeyd edək ki, aktrisa paylaşımdan sonra İnstaqram hesabında “Aydın” soyadını və həyat yoldaşı ilə fotolarını silib.