Maqazin

Rza Zərrabın Hadisəyə yazdığı mesaj ortaya çıxdı: “Məni də, özünü də…”

Rza Zərrabın Hadisəyə yazdığı mesaj ortaya çıxdı: “Məni də, özünü də…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi azərbaycanlı iş adamı Rza Zarrabın Türkiyəli müğənni Ebru Gündeşlə evli olduğu müddətdə Hadisə ilə də münasibətdə olduğu iddia edilib.

7Times.az  xəbər verir ki, şayiələrin ardından Hadisəyə yayım qadağası gətirərək qarşı tərəfi məhkəməyə verəcəyini açıqlamışdı. Həmin ərəfədə Hadisə ilə Ameriakda olan iş adamı arasında keçən vatsap yazışmaları da sənədə əlavə edilib. Belə ki, yazışmalarda Rzanın Hadisəyə “Məni də bitirdin, özünü də” deyə yazdığı görünüb. Hadisə isə cavabında “Səninlə yaşadıqlarıma görə, əsla peşman deyiləm. Kaanı razı salmaq üçün etdim. Günahkar göstərildim və bunu etmək məcburiyyətində qaldım. Xahiş edirəm, üstümə gəlmə” deyə, yazıb.

Bundan başqa, məhkəməyə təqdim olunan sənədlərin arasında Hadisə ilə Rzanın Amerikada, sahildə əl-ələ gəzərkən görüntüləndikləri fotonun da yer aldığı iddia edilib.

Qeyd edək ki, iki il əvvəl Hadisənin adı R.Zarrabla hallanıb. Hətta Hadisənin keçmiş sevgilisi aktyor Kaan Yıldırım ifaçıdan məhz buna görə ayrıldığını bildirib. Həmin ərəfələrdə iş adamı ilə müğənni Ebru Gündeş yeni boşanmışdı və o, bu münasibət haqqında Kaana xəbər vermişdi. Hətta bu xəbərdən sonra Hadisə Ebru ilə birlikdə münsif kürsüsündə oturduğu “O səs Türkiyə”dən ayrılıb.

Bu ilin aprelində ailə qurduğu iş adamı Mehmet Dinçerlerdən 4 ay sonra boşanan Hadisənin yenidən Rza ilə münasibətdə olduğu iddia edilib.(Qaynarinfo)