Dünyada ilk dəfə koronavirusa təkrar yoluxmadan ölüm halı Niderlandda qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə “BNO News” məlumat yayıb.
Qeyd olunub ki, söhbət daha əvvəl xərçəng xəstəliyi aşkar edilən 89 yaşlı qadından gedir. İyul ayında xəstəxanada koronavirus üçün test verən qadına COVID-19-a yoluxduğu deyilib. Beş gün sonra xəstəliyin simptomları aradan qalxdığı üçün evə buraxılıb.
İki ay sonra yüksək temperaturu və öskürəyi olan qadın xəstəxanaya gətirilib.
Onun COVID-19 testi müsbət olub. 20 gün müalicə alan qadının həyatını xilas etmək mümkün olmayıb. Virusun genetik ardıcıllığı qadının yenidən infeksiyaya yoluxmasını təsdiqləyir.
Hazırda dünyada koronavirusa 23 yenidən yoluxma hadisəsi qeydə alınıb. İlk hadisə 24 avqustda Honkonqda qeydə alınıb. Yoluxanların 20-si sağalıb, ikisi hazırda müalicə alır.
Follow @7timesaz