Türkiyə Suriya və İraqda quru əməliyyatlarına başlayır.
“7Times.az” Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatlar Suriya və İraqın şimalında keçiriləcək.
Qeyd olunub ki, quru əməliyyatlarının ilk hədəfinin Ayn Əl-Ərəb, Münbiç və Tel-Rıfat olacağı gözlənilir.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar əməliyyatların uğurla davam etdiyini bildirib. Onun sözlərinə görə, həm İraqın, həm də Suriyanın şimalındakı bütün əməliyyatlarda yeganə hədəf terrorçulardır.
Follow @7timesaz