Dünya

Baş katib: “NATO Ukraynaya “MiQ-29” və ya “F-16” qırıcıları verməyi nəzərdən keçirir”

Baş katib: “NATO Ukraynaya “MiQ-29” və ya “F-16” qırıcıları verməyi nəzərdən keçirir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NATO ölkələri Ukraynaya “MiQ-29” və ya “F-16” qırıcıları verməyi nəzərdən keçirir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.
Y.Stoltenberqin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının əvvəlində NATO ölkələrinin Ukraynanı “MiQ-29” və ya “F-16” qırıcıları ilə təmin etməsi ideyasından imtina edilib: “Lakin indi hava məkanında Ukraynanın üstünlüyünün təmin edilməsi üçün yenidən bu ideya nəzərdən keçirilir”.
Baş katib vurğulayıb ki, NATO Ukraynaya əlavə yardım ayırmaq niyyətindədir.
O bildirib ki, Rusiyanın endirdiyi raket zərbələri nəticəsində Ukraynaya ciddi ziyan dəyib.