Gündəm

Qətnamənin qəbul edilməsi sadə fransız xalqının ziyanınadır Parisdəki aksiyanın təşkilatçısı – Fotolar

Qətnamənin qəbul edilməsi sadə fransız xalqının ziyanınadır – Parisdəki aksiyanın təşkilatçısı – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, noyabrın 28-də Avropada yaşayan Azərbaycan icması Fransa Milli Assambleyasının yaxınlığında Azərbaycan əleyhinə qətnamənin müzakirəsinə cavab olaraq dinc etiraz aksiyası keçirib. 

Aksiya zamanı soydaşlarımız əllərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamları, Xocalı soyqırımını əks etdirən fotoşəkilləri, o cümlədən amansızlıqla qətlə yetirilmiş dinc azərbaycanlı qadın və uşaqların fotolarını, “Qarabağ Azərbaycandır!, “Ədalət tələb edirik!”, “Terrorizmə YOX deyirik!”, “Milli Assambleya ədalətli olmalıdır!”, “Riyakarlığı durdurun!”, “Cənubi Qafqazda sülhün bərqərar olması üçün Fransa neytral olmalıdır!”, “Erməni terrorizminə son qoyun!”, “Erməni yalanlarına uymayın!”, “İkili standartlara son qoyun!”, “Təcavüzkar ölkəni dəstəkləməyin!” kimi şüarlar yazılmış plakatları nümayiş etdiriblər.

“7Times.az”a açıqlama verən aksiyanın təşkilatçılarından biri Fransada yaşayan soydaşımız Rza Zeyni aksiyada mühüm mesajların verildiyini deyib:

“Senata etirazımızı bildirməkdə tam olaraq haqlıyıq. Biz müharibəni qazanmışıq. Ermənistan 10 noyabr sazişinə imza atıb, sənədə əksini tapan şərtlərə əməl etsin. Azərbaycan sülh sazişinin imzalanmasına çalışdığı halda, regionda sabitliyin, inkişafın avanqardı rolunda çıxış etdiyi halda Ermənistan Qarabağda silahlı terrorçularla yenidən münaqişə yaratmağa cəhd göstərir. Bütün dünya bilir ki, Azərbaycanın hazırda ermənilər yaşayan ərazilərində terrorçu dəstələr var və onlar sülhün bərqərar olmasını istəmirlər. Bu isə o deməkdir ki, ermənilər təcavüzkarlıqlarından əl çəkmək istəmirlər və bu naqis hərəkətlərinə don geyindirmək üçün Fransa senatının qeyri-obyektiv, qərəzli yanaşmasından yararlanmağa çalışırlar. Ermənilərin yalanlarına digər dövlətlər də şərik olurlar. Ermənistan yürütdüyü siyasətlə öz-özünü dalana gətirib çıxardıb. Onların yeganə çıxış yolu Azərbaycanla sülh sazişini imzalamaqdır. Qafqazda barışın olması üçün mütləq şəkildə saziş imzalanmalıdır. Ermənistan ərazi bütövlüyümüzü tanımalı və Azərbaycanı Naxçıvanla bağlayan Zəngəzur koridoru açılmalıdır. Bundan Ermənistan da faydalana biləcək. Məhz Azərbaycan Qafqazda dünyaya açılan qapıdır. Fransa da sifarişli siyasətini dayandırmalıdır. Erməni lobbisinin sifarişlərinə son verilməlidir. Bu sifarişlər Fransa və fransızlara zərərlidir. Digər tərəfdən, Fransada qiymətlər qalxır. İqtisadi baxımdan neft və qaz məhsullarından aslı olan Avropa Azərbaycanla əməkdaşlığa önəm verdiyi zamanda Fransanın Azərbaycanın təbii resurslarından imtina etməsi sui-qəsdə bərabər bir işdir. Bir sözlə, qətnamənin qəbul olunması Fransada yaşayan sadə xalqın əleyhinədir”.