Türkiyə Suriyanın şimalında və İraqda hava əməliyyatı apararkən Rusiya ilə müzakirə aparıb.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
“Tel-Rıfatda hava məkanına necə daxil olduq? Biz bunu (Rusiya ilə – red.) müzakirə etdik, hərəkətlərimizi əlaqələndirdik. Planlaşdırırıq, müzakirə edirik, əlaqələndiririk, hərəkətə keçirik”, – o bildirib.
Qeyd edək ki, Türkiyə noyabrın 20-də PKK-nın Suriya qanadına qarşı hava əməliyyatına başlayıb.
Follow @7timesaz