“Nə Almaniya, nə də NATO Ukraynadakı münaqişənin tərəfi olacaq“.
“Report” “Frankfurter Allgemeine Zeitung” qəzetinə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristina Lambrext deyib.
“Federal hökumətin mövqeyi ondan ibarətdir ki, biz münaqişə zonalarına silah vermirik”, – nazir bildirib.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına əsasən bildirib ki, “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya ötürülməsi imkanları ilə bağlı müzakirələr aparılır.
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba isə ölkəsinə hərbi yardımların daha tez göndərilməsinin vacibliyinə diqqət çəkib.
“Enerji təchizatı, bu infrastukturun qorunması çox vacibdir. Bunun üçün bizə hava hücumundan müdafiə sistemləri, “Patriot”lar, generatorlar lazımdır”, – Kuleba deyib.
Follow @7timesaz