Dünya

Ukrayna ilə bağlı GƏLƏCƏK PLANLAR AÇIQLANDI: “ABŞ münaqişə bitdikdən sonra..” 

Ukrayna ilə bağlı GƏLƏCƏK PLANLAR AÇIQLANDI: “ABŞ münaqişə bitdikdən sonra..”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna savaşından sonra Qərbin atacağı addımlar açıqlanıb.

7Times.az  bildirir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general Devid Petreus danışıb.

O, “Tagesspiegel” qəzetinə açıqlamasında qeyd edib ki,  ABŞ və Avropa ölkələri münaqişə bitdikdən sonra Rusiya və Ukrayna arasında dialoqda iştirak edəcək.

“Ukraynadakı döyüşlər danışıqlar yolu ilə bitəcək. Bununla belə, nə Vladimir Putin, nə də Zelenski hazırda danışıqlara başlamağa hazırdır. Vaxtı gələndə ABŞ, Aİ, Böyük Britaniya və digər ölkələrin liderləri həll yolu yaratmaq və həyata keçirmək üçün Ukrayna və Rusiya ilə işləyəcəklər”, deyə o söyləyib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ kəşfiyyatının keçmiş zabiti Filip Giraldi Ukrayna Prezidenti Zelenskini ABŞ və NATO-nu Rusiya ilə silahlı münaqişəyə sürükləməkdə ittiham etmişdi. “Zelenskinin davranışı göstərir ki, o, ABŞ və NATO-nu silahlı münaqişəyə sürükləmək üçün hər cür səy göstərəcək”, deyə Giraldi bildirmişdi.