Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsinin III tur matçında İspaniyanı sürpriz şəkildə məğlub edən (2:1) Yaponiya millisi bunu antirekordla reallaşdırıb.
Fanat.Az “Opta Sports”a istinadən xəbər verir ki, “gündoğar ölkə” təmsilçisi matçda 18 faiz topa sahib olublar – bu, DÇ tarixində antirekorddur.
İndiyə qədər mundialda bu qədər az topa sahib olmasına rəğmən, qələbə qazanan olmayıb.
Yaponiya DÇ-2022-nin 1/8 finalında – dekabrın 5-də Xorvatiya millisi ilə qarşılaşacaq.
Follow @7timesaz