İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) keçmiş komandirlərindən biri, general Məhəmməd Baqir Bəxtiyari həbs edilib.
7Times.az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları generalın evinə basqın edərək, onu saxlayıblar. Evdə aparılan axtarışlar zamanı Məhəmməd Baqir Bəxtiyarinin şəxsi əşyaları müəyyən edilərək, müsadirə olunub.
Məlumata görə, general bir müddət əvvəl səs yazısı yayaraq İran hakimiyyətini Məhsa Əmininin ölümünün əsl səbəbini gizlətməkdə ittiham edib.
Keçmiş komandir bildirib ki, məhkəmə-tibb ekspertizanın etibarlı mənbələri 22 yaşlı gənc qızın ölümünə “kəllə sümüyünün zədələnməsi diaqnozunu” qoymaqla reallığı ört-basdır edib.
Qeyd edək ki, Məhəmməd Baqir Bəxtiyari İran-İraq müharibəsi dövrünün əsas komandirlərindən biri və SEPAH-ın hərbi dəniz qüvvələrinin qurucularındandır.
Modern.az
Follow @7timesaz