Futbol üzrə dünya çempionatının E qrupunun son turunda keçirilən Yaponiya-İspaniya oyunu ilə bağlı maraqlı iddia ortaya atılıb.
Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, bəzi futbol mütəxəssisləri İspaniyanın Yaponiyaya qarşı oyunda bilərəkdən çox güc sərf etməyərək məğlub olduğunu irəli sürüblər. Bildirilir ki, İspaniya məğlub olmaqla qrup ikincisi olub və F qrupunun birincisi ilə yəni Mərakeş yığması ilə qarşılaşıb. İspaniya qələbə qazanacağı təqdirdə E qrupunun lideri olaraq F qrupunun ikincisi ilə yəni Xorvatiya millisi ilə qarşılaşacaqdı. Futbol şərhçiləri Mərakeşin Xorvatiya ilə müqayisədə daha asan rəqib olduğunu qeyd edib.
Qeyd edək ki, Yaponiya-İspaniya oyunu 2-1, Kosta-Rika-Almaniya oyunu isə 2-4 yekunlaşıb. E qrupundan Yaponiya-6, İspaniya-4, Almaniya-4, Kosta-Rika-3 xal toplayıb. İspaniyanın top fərqi daha yaxşı olduğuna görə 1/8 mərhələsinə vəsiqə qazanıb. İspaniya 9 top vurub 3 top buraxıb, Almaniya isə 6 top vurub 5 top buraxıb.