İdman

Türk şərhçi Kanada – Mərakeş matçının fasiləsində efirdən qovuldu

Türk şərhçi Kanada – Mərakeş matçının fasiləsində efirdən qovuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “TRT” telekanalında Kanada – Mərakeş oyununu şərh edən Alper Bakırcıgil efirdən kənarlaşdırılıb.

Offsideplus.az xəbər verir ki, şərhçi 4-cü dəqiqədə vurulan qoldan sonra bu sözləri deyib: “Bunu xatırlatmaq lazımdır ki, Dünya Kubokunda ən sürətli qolu Hakan Şükür vurub”.

Oyunun fasiləsində şərhçi dəyişdirilib, ikinci hissəni Cüneyt Kıran şərh edib.

Qeyd edək ki, Hakan Şükür və atası Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqla ittiham olunub.