Dünya

Bin Ladenin oğlu NƏLƏR DANIŞDI: “Atamın qurbanlarından biriyəm”

Bin Ladenin oğlu NƏLƏR DANIŞDI: “Atamın qurbanlarından biriyəm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ömər Bin Laden Usamə Bin Ladenin dördüncü oğlu olaraq doğulub.

O, “terror imperiyasının” varisi olaraq böyüyüb. Gənc yaşında bu həyatın ona uyğun olmadığını anlayan Ömər atasının yanından ayrılaraq özü üçün yeni bir həyata başlasa da, keçmişi onu heç vaxt tərk etməyib.
Ömər uşaqlıq illərində yaşadığı sarsıdıcı hadisələri hələ də unuda bilməyib və “Mən atamın qurbanlarından biriyəm” deyərək bunun yaşatdığı travmalardan danışıb.

 

O, mətbuata verdiyi səmimi açıqlaması ilə gündəm olub.

7Times.az  Ömər bin Ladinin xatirələrini oxuculara təqdim edir:

Bu günlərdə 41 yaşı tamam olan Ömər Bin Laden gənc yaşlarından silahlarla bağlı daim məlumatlı olduğunu, bəzi atasının adamlarının saxladığı itlərdən silah sınaqları üçün istifadə etdiyini bildirib.

 

Bir dəfə uşaq ikən evdəki xidmətçilərdən biri onun yanına gələrək atasının onu çağırdığını deyəndə o, nə olacağından xəbərsiz olaraq bağçaya tərəf gedib. Çölə çıxanda ilk diqqətini atasının yanında olan adamların əlindəki AK-47-lər çəkib.

Az sonra sevimli itləri bağçaya gətiriləndə Ömərin dünyası çöküb.

 

Atası və adamları onun saxladığı itlər üzərində apardığı sınaqlarla silahın canlılara təsirini öyrənib.

“Onları gördüm. Atamın dostu tərəfindən mənə hədiyyə edilən itim Bobbi üzərində silahlarını sınadılar. Ağlayıb-sızlamağıma əhəmiyyət vermədilər və atamın əmri olduğunu söylədilər”.
Ömrünün çox hissəsini daim hərəkətdə keçirdiyini deyən Ömər Bin Laden:
“Uşaqlığım gizlənərək bir yerdən başqa yerə köçməklə keçdi. Heç vaxt bir yerə qoşula bilməmişəm”-deyib.

Açıklama yok.
Usamə Bin Ladenin birinci həyat yoldaşından dördüncü oğlu olan Ömər Bin Laden 1981-ci ildə anadan olub. Sovet İttifaqının Əfqanıstanı işğal etməsindən sonra başlayan müqavimət çətin coğrafi şəraiti ilə tanınan Əfqanıstana mücahidlərin böyük köçünü başladıb. “Əl-Qaidə” belə bir atmosferdə qurulub. Usamə Bin Laden ABŞ əleyhinə çıxışlarına görə Səudiyyə Ərəbistanından sürgün edilib və 1992-ci ildə Sudanda məskunlaşıb. ABŞ-ın təzyiqi ilə 1996-cı ildə buradan ayrılaraq Əfqanıstana gedib və “Əl-Qaidə” əməliyyatlarına rəhbərlik edib. Bir müddət sonra Ömər Bin Laden atasından fərqli bir yolla getməyə qərar verib və daha belə bir həyat sürə bilməyəcəyini deyərək Usamə Bin Ladenin yanından ayrılıb.

Bu gün sənətçi kimi həyatını davam etdirən Ömər Bin Laden zaman-zaman Avropa şəhərlərində açdığı sərgilərlə gündəmə gəlməyə davam edir. Ladin rəsmlərini 8 min 500 sterlingə sataraq həyatına davam edir.

“Gündən-günə çox məşhur bir rəssam oldum” deyən Ömər Bin Laden Əfqanıstan keçmişindən sonra ən çox dağlarda işləməyi xoşladığını ifadə edərək:

“Dağlar mənə toxunulmaz hiss etdirir və mənə güvən verir. Ona görə də ən çox onlarla işləməyi xoşlayıram”- deyə bildirib.
Ömər Bin Laden 2006-cı ildə özündən 25 yaş böyük Ceyn Feliks Braun ilə ailə həyatı qurub. 51 yaşlı və 5-ci evliliyi olan Braun daha sonra İslamı qəbul edib və adını dəyişərək Zeynə qoyub. Bu gün Fransanın şimalındakı Normandiya bölgəsində yaşayan cütlük İngiltərəyə yerləşmək üçün viza müraciətlərinin nəticəsini gözləyir.

 

Açıklama yok.

Hələ 15 yaşında ikən atasının “mirası”nı davam etdirmək üçün seçildiyini bildirən Ömər Bin Laden

 

“Atam heç vaxt məndən “Əl-Qaidə”yə qoşulmağı tələb etməyib”. Lakin işini davam etdirmək üçün məni seçdiyini deyib. Bunu istəmədiyini atasına bildirdiyini deyən Ömər Bin Laden, ona belə bir həyata uyğun olmadığını söyləyib.
Atasının etdiyi işin doğru olmadığını bildirən Ömər Bin Laden 11 sentyabr hücumlarından az əvvəl atası ilə yollarını ayırıb. Laden “Bütün bunlar baş verməmişdən əvvəl atamla sağollaşdım və ondan ayrıldım.O, mənim onu ​​tərk etdiyim üçün çox bədbəxt görünürdü”-deyir.
Ömər Bin Laden atası 2011-ci ildə Pakistanda öldürülənə qədər heç vaxt atası ilə görüşməyib.
Atasının ölümündən danışan Ömər Bin Ladenin iddiaları da kifayət qədər diqqət çəkir.

 

Laden: “Mən bilmirəm, ona nə ediblər”. Ömər Bin Laden atasını hələ də sevib-sevmədiyini soruşduqda:
“Nə olursa olsun, ailə həmişə ailədir” deyə cavab verib.

 

“Əl-Qaidə” və atasından uzaqlaşdıqdan sonra yeni həyata addım atacağına və problemləri geridə qoyacağına inandığını ifadə edən Ömər Bin Laden bu vəziyyətin heç də gözlədiyi kimi olmadığını, insanların indi də ona Bin Laden soyadına görə qərəzli yanaşdığını bildirib. Həyatını davam etdirmək üçün daim dərmanlar qəbul etməsi lazım olduğunu bildirən Ömər Bin Laden, uşaqlığı “Əl-Qaidə” ilə əhatə olunmuş bir mühitdə keçirdiyi üçün aldığı travmaların həyatına təsir etdiyini və hələ də bu problemlərlə mübarizə apardığını bildirib.
“Bütün pis anları unutmağa çalışıram. Bu, çox çətin bir şeydir. Əziyyətini daim çəkirsiniz”.

Sfera.az