Dünya

İran Rusiyadan təcili kömək İSTƏDİ

İran Rusiyadan təcili kömək İSTƏDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ölkədə davam edən etiraz aksiyalarını yatırmaq üçün Rusiyadan yardım istəyib.

7Times.az  xəbər verir ki, bu barədə mərkəzi Londonda yerləşən “Iran International” nəşri məlumat yayıb.

Nəşr hakerlərin əldə etdiyi məlumatlara istinad edərək bildirir ki, Tehran Moskvadan etirazların qarşısını almaqda kömək etməsi üçün xüsusi müşavirlər göndərməsini xahiş edib.

Məlumatda qeyd olunub ki, Tehran uzunmüddətli nümayişlərə hazırlaşır və öz resurslarından – canlı qüvvə və texnikanın kifayət etməyəcəyindən narahatdır.

Xatırladaq ki, ABŞ tərəfi bundan əvvəl Rusiyanın İrana kütləvi etirazların yatırılması ilə bağlı məsləhət verə biləcəyini açıqlamışdı.

Modern.az