Kriştiano Ronaldo yanvarın 1-dən etibarən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 37 yaşlı hücumçu ərəb klubu ilə 2,5 illik razılıq əldə edib. O, ildə 200 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, “Mançester Yunayted”lə müqaviləsinə xitam verən portuqaliyalı ulduz hazırda azad agentdir.
Follow @7timesaz