Braziliya millisinin üzvü Neymar Cənubi Koreyaya qalib gəldikləri oyundan (4:1) sonra zədəsindən danışıb.
Offsideplus.az xəbər verir ki, “sambaçı” İsveçrə və Kamerunla oyunları buraxmasına səbəb olan zədə barədə bu sözləri deyib:
“Çox qorxdum. Bütün gecə ağladım. Yaşadıqlarımı ailəm bilmir. Amma sonda hər şey yoluna düşdü. Fizioterapiya işə yaradı”.
Xatırladaq ki, Neymar DÇ-2022-nin qrup mərhələsinin I turunda Serbiyaya 2:0 hesabı ilə qalib gəldikləri oyunda zədələnib.
Qeyd edək ki, Braziliya Xorvatiya ilə 1/4 finalda dekabrın 9-da üz-üzə gələcək.
Follow @7timesaz