Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Eduard Ağacanyan brifinq keçirib.
“7Times” xarici mediaya istinadən xəbər verir ki, Eduard Ağacanyan rəsmi Bakıdan daxil olan təkliflərin təfərrüatlarını açıqlamayıb. Lakin o qeyd edib ki, Ermənistan sülh sazişi layihəsi ilə bağlı Azərbaycandan təkliflər alıb.