İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Luis Enrike ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məşqçilər korpusunun bütün üzvləri ilə müqaviləyə xitam verilib.Qeyd edək ki, Luis Enrike 2019-cu ildən İspaniya millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda DÇ-2022-də 1/8 finalda Mərakeşə (əsas və əlavə vaxt – 0:0) penaltilər seriyasında 0:3 hesabı ilə uduzub.