Dünya

Fransa Azərbaycana qarşı təxribatlara davam edir

Fransa Azərbaycana qarşı təxribatlara davam edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Azərbaycanda separatçı elan olunmuş Qarabağdakı terrorçu dəstənin başçısı Arayik Arutyunyan və onun “nümayəndə heyəti”ni qonaq saxlamağa davam edir.

7Times.az  xəbər verir ki, bir həfətən çoxdur ki, Fransada səfərdə olan və bu ölkənin müxtəlif rəsmi şəxslərilə görüşlər keçirən separatçılar indi də Marsel şəhərində merin qəbuluna gediblər.

Yerli rəhbərliklə görüşlərdə Azərbaycan əleyhinə müxtəlif fikirlər səsləndirilib, 2020-ci ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsi “ermənilərə qarşı hərbi əməliyyat” kimi qiymətləndirilib.

Arayik Arutyunyan Fransa Senatı və Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsindən məmnunuluğunu vurğulayıb, bunu Qarabağ separatçılarına verilən böyük dəstək adlandırıb.

Marsel meri Beyna Payan əmin edib ki, Qarabağ separatçılarına humanitar yardım proqramlarının artırılmasına yönəlmiş səylər davam etdiriləcək.
Separatçıların başçısı Provans-Alp-Kot d’Azur regionunun rəhbəri Renaud Muselier ilə görüşdə  Azərbaycanın “Artsaxa və Ermənistana qarşı təcavüzü”nü pisləyən və “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ”nu dəstəkləyən birgə “bəyannamə” imzalayıb.

Qarabağ separatçılarının Fransada təxribatlarının hələ bir nüçə gün sürəcəyi bildirilir.