Avropa Parlamentinin vitse-prezidenti Eva Kayl Belçikanın paytaxtında cari futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya işi üzrə həbs edilib.
7Times.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Bundan əvvəl Belçika prokurorluğu polisin keçirdiyi xüsusi genişmiqyaslı əməliyyat barədə məlumat vermişdi. Əməliyyat zamanı Avropa Parlamentinin keçmiş deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla 4 nəfərin həbs edildiyi məlum olub.
Follow @7timesaz