İdman

DÇ-2022: Mərakeş və Fransa da yarımfinala yüksəldi

DÇ-2022: Mərakeş və Fransa da yarımfinala yüksəldibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında Portuqaliya millisi turnirin sürpriz komandası Mərakeşi sınağa çəkib. “Əl Tumama” stadionunda baş tutan bu matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edib. Minimal hesabla qalib gələn Mərakeş yığması daha bir sürprizə imza atmaqla yarımfinala yüksəlib.

Digər oyunda İngiltərə və Fransa yığmaları üz-üzə gəliblər. “Əl Bayt” stadionundakı görüşün baş hakimi braziliyalı Uilton Sampayo olub. Üç qolun qeydə alındığı qarşılaşmanın yekununda sevinən tərəf Fransa yığması olub.

Xatırladaq ki, 1/4 finalın ötən gün baş tutan oyunlarında Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək yarımfinala yüksəlib.

Dünya çempionatı
1/4 final
10 dekabr

Mərakeş – Portuqaliya 1:0
Qol: Yussuf Ən-Nəsiri, 42.
Baş hakim: Fakundo Telyo (Argentina)
“Əl Tumama” stadionu.

Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 4. Sofyan Amrabat, 6. Romen Saiss (k), 7. Hakim Ziyeş, 8. Azzedin Unai, 15. Selim Amalla, 17. Sofyan Bufal, 18. Cavad Əl-Yamik, 19. Yussuf Ən-Nəsiri, 25. Yahya Attiyat Alla.
Portuqaliya: 22. Dioqo Kosta, 2. Dioqo Dalot, 4. Pepe (k), 4. Ruben Dias, 5. Rafael Gerreyro, 8. Bruno Fernandes, 10. Bernardo Silva, 11. Joao Feliks, 18. Ruben Neves, 25. Otavio Monteyro, 26. Qonsalo Ramos.

İngiltərə – Fransa 1:2
Qol: Harri Keyn, 54-pen – Orelyen Çuameni, 17. Olivye Jiru, 78.
Baş hakim: Uilton Sampayo (Braziliya)
“Əl Bayt” stadionu.

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uoker, 3. Luk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 8. Cordan Henderson, 9. Harri Keyn (k), 17. Bukayo Saka, 20. Fil Foden, 22. Cud Bellingem.
Fransa: 1. Uqo Lyoris (k), 4. Rafael Varan, 5. Jül Kunde, 7. Antuan Qrizmann, 8. Orelyen Çuameni, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 11. Usman Dembele, 14. Adrien Rabyo, 18. Dayo Upamekano, 22. Teo Hernandes.