Qırğızıstan parlamentinin deputatları “Qırğızıstan” fraksiyasını lideri Kanat İsayevi yeni spiker seçiblər.
7times.az “TASS”a istinadən xəbər verir ki, İsayev bu vəzifəyə yeganə namizəd olub. Parlamentin əvvəlki spikeri Dastanbek Cumabekov oktyabrın 6-da repsublikada kütləvi etirazlar fonunda istefa vermişdi.
Qeyd edək ki, Qırğızıstanda parlament seçkiləri oktyabrın 4-də keçirilib. Seçici fəallığı 56,5% olub. Qanunverici orqana 16 siyasi partiyadan 4-ü daxil ola bilib: “Birimdik” (“Birlik”), “Mekenim Kırqızıstan” (“Doğma Qırğızıstan”), “Kırqızıstan” (“Qırğızıstan”), “Butun Kırqızıstan” (“Vahid Qırğızıstan”).
Seçkilərin nəticələri elan olunduqdan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Nəticədə Baş nazir Kubatbek Boronov istefa verib.modern.az
Follow @7timesaz