Dünya

Siyasi çəkisi ağır olan “mülki əməliyyat” – HIMARS sistemlərindən güclü təsir vasitəsi…

Siyasi çəkisi ağır olan “mülki əməliyyat” – HIMARS sistemlərindən güclü təsir vasitəsi…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki il əvvəl Rusiya hərbi kontingenti sülhməramlı adı altında Azərbaycan ərazisinə girən vaxtdan törətdikləri bütün qanunsuz, birtərəfli, qərəzli hərəkətlərin sərt cavabını görmədiyi üçün unutmuşdu ki, bura Azərbaycan torpaqlarıdır. Və onların özlərini bu cür aparması təbii ki, separatçı rejimin liderlərinə, Qarabağın ermən əhalisinə də təsir etmişdi. 10 gün ərzində Azərbaycanın üç dəfə keçirdiyi “mülki əməliyyat”  buranın sahiblərinin kim olduğunu hər iki tərəfə başa saldı. Vətəndaş cəmiyyətinin keçirdiyi bu əməliyyatın psixoloji, siyasi effekti hələ bir müddətdən sonra daha aydın hiss olunacaq. Bu mülki etirazın siyasi çəkisi daha ağırdır. Qarşı tərəfin illyuziyalarına, status sevdasına, müqəddaratı təyin etmə xəyallarına,nəhayət  Vardanyan missiyasına ümid edənlərə ağır zərbə vurdu. Mülki etirazımız, yolun bağlanması separatçı liderlərin Paris səfərini sözün həqiqi mənasında burunlarından gətirdi. İndi Onların səfər təəssüratlarını lovğalıqla bölüşməsinə heç bir əsas qalmayıb.

Dünən Rusiya prezidentinin telefon danışığından sonra belə, etirazın davam etməsi göstərdi ki, milli maraqlarımız hər bir təsirdən üstündür və qırmızı xəttimizi heç bir zəng keçə bilməz.
Biz qarşı tərəfdəki hər iki qüvvənin – həm sülhməramlıların, həm də separatçı rejimin məkrli və təxribata meyilli olduğunu bilirik. Gecə saatlarında Araik Arutunyan müşavirə çağırıb və “daxili və xarici “ imkanlardan maksimum istifadə etmək tapşırığını verib. İrəvanın “Baqramyan 26” teleqram kanalı da xəbər yaydı ki, guya etirazçılara günün ikinci yarısınadək aksiyanı dayandırmaq və yolu açmaq tələbi çatdırılıb. Əks halda güc tətbiq edərək yolu açacaqları barədə xəbərdarlıq edilib.
Dəfələrlə bu fikri səsləndirmişik ki, bu və ya digər tədbirləri həyata keçirmək məqsədilə mütləq vaxt verilməli , yerinə yetirilmədikdə güc tətbiq olunacağı haqqında xəbərdarlıq edilməlidir. Bu taktikanın indiki variantda yeganə düzgün yol olduğunu özümüz üçün bir daha vurğulamaq lazımdır.
Nə ola bilər? Rusiya hərbiçilərinin komandanı A.Volkovdan hansı addım gözləmək olar? İki variant var: Rusiya sülhməramlıları ekoloji nümayəndə heyətini mədənə aparıb monitorinq keçirilməsinə razılıq verir və ya razılıq vermir, güc tətbiq etməklə etiraz aksiyasını dağıtmağa cəhd edir. Bu ən uğursuz variantdır və bizim mülkilərin arxasında onların təhlükəsizliyini təmin edən qüvvələrimizin olduğunu onlar yaxşı bilir. Əgər sonuncu varianta əl atılarsa, bizə imkan verir ki, Laçın yolundakı dövlət sərhədində güc tətbiq edərək sərhəd nəzarət məntəqəmizi və gömrük postumuzu yaradaq.
Bizim növbəti “mülki əməliyyat” keçmiş Dağlıq Qarabağ ərazisində yaşamış, bu gün qaçqın olan əhalinin bir neçə istiqamətdə Rusiya hərbi kontingentinin qarşısına keçib doğma yurdlarına qayıtmaq tələbi ilə etirazlardan ibarət ola bilər. O zaman bu mülki etirazlar yalnız Xankəndi istiqamətində deyil, Tərtər-Ağdərə yolunda, Ağdam-Şuşa və Ağdam Ağdərə istiqamətində olacaq.
“Mülki əməliyyatlara” davam! Amerikanın Ukraynada rus işğalçılarına qarşı istifadə etdiyi HIMARS raket sistemlərindən də təsirli olan bu mülki aksiya nəticə verənədək elliklə səngərlərə doluşmalıyıq…
Moderator.az