Fransa Laçın dəhlizində nəqliyyatın hərəkətini ilkin şərt olmadan bərpa etməyə çağırş edib.
7Times.az TASS-a istinadla xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Fransa Laçın dəhlizi ilə Dağlıq Qarabağa tədarükün bərpasına, orada yaşayan insanların hüquqlarına riayət etməyə çağırır”, – nazirlikdən bildirilib.
Xatırladaq ki, dekabrın 12-də səhər saatlarından başlayan etiraz aksiyası hazırda davam edir.
Laçın-Xankəndi Azərbaycan QHT nümayəndələrinin başladığı etiraz aksiyasına jurnalistlər, könüllülər və digər dövlət qurumlarının əməkdaşları da dəstək verir.
Follow @7timesaz