Dünya

Moskva Ukrayna böhranının müzakirəsinə hazırdır – Zaxarova

Moskva Ukrayna böhranının müzakirəsinə hazırdır – Zaxarovabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Ukrayna böhranının həllini müzakirə etməyə hazırdır.

7Times.az  Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Diplomat vurğulayıb ki, bu, yalnız Rusiyanın qanuni maraqlarını nəzərə alan real təkliflər alınarsa mümkündür.

Dekabrın 11-də Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Rusiya və Ukrayna arasında danışıqların perspektivlərinə bədbin yanaşıb. Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin hələ ki xoş niyyətlə danışıqlara hazır deyil.

Britaniyalı nazir qeyd edib ki, London Ukraynadakı münaqişənin diplomatiya yolu ilə tezliklə həllinin tərəfdarıdır, lakin danışıqların meyarlarını və onların parametrlərini Moskva deyil, Kiyev müəyyən etməlidir.