“Millətimiz dəstək göstərəcəyi təqdirdə, inşallah, prezident olaraq fəaliyyətimizə davam edəcəyik”.
7Times.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkmənistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Prezidentliyə namizəd olaraq iki dəfə seçkidə iştirak etmək şansı var. Üçüncü dəfə belə şans yoxdur. AKP-nin prezident seçkilərində işin içindən çəkilməsi, Ərdoğanın siyasətdən çəkilməsi mənasına gəlmir. Cümhur ittifaqı olaraq namizədik, hazırda işləyirik. Millətimiz dəstək göstərəcəyi təqdirdə, inşallah, prezident olaraq fəaliyyətimizə davam edəcəyik. Parlamentdə də millətimizdən ciddi dəstək alsaq, bundan sonrakı 5 ili də uğurla davam etdirəcəyik”, – Ərdoğan bildirib.
“Mən AKP-liyəm. Mən partiyamdan ayrılaram? Bu partiyanı mən qurmuşam, dostlarımı tək qoymağım mümkündürmü?”, – deyə Türkiyə prezidenti əlavə edib.
Follow @7timesaz