Ermənistan silahlı qüvvələri Tərtər rayonunda jurnalistləri atəşə tutub.
7times.az xəbər verir ki, Trend-in yerli müxbirinin məlumatına görə hadisə rayonun Düyərli kəndində baş verib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin (AZTV) çəkiliş qrupunun olduğu avtomobil qəfil atəşə tutulub.
Hadisə nəticəsində avtomobilin sürücüsü Namiq Qənbərov üz və qarın nahiyəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib.
Follow @7timesaz