Dünya

“İranın nüvə bombası istehsal etmək imkanı var…” – Xameneinin müşaviri

“İranın nüvə bombası istehsal etmək imkanı var…” – Xameneinin müşaviribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bizim nüvə bombası istehsal etmək imkanımız var, amma istehsal etmək fikrində deyilik.

APA-nın yerli bürosu xəbər verir ki, bunu İranın Ali Rəhbəri Əli Xameneinin müşaviri Kamal Xərrazi III Tehran dialoq forumunda bildirib.

O qeyd edib ki, İran nüvə silahına doğru getsə, region ölkələri də silahlanma yarışında bu silahı istehsal etməyə çalışacaq.

“Nüvə texnologiyasına sahib olmaq çəkindiricidir”, – deyən Kamal Xərrazi Qərbin İranın nüvə problemini həll etmək üçün danışıqlara getməyə məcbur olduğunu xatırladıb.