Xəbər verdiyimiz kimi, Qətərin ev sahibliyi etdiyi 2022-ci il Dünya Çempionatının final oyunu Argentina və Fransa arasında keçirilib. Penaltilərdə 4:2 hesabı ilə qələbə qazanan Argentina 3-cü dəfə dünya çempionu olub.
AZXEBER.COM xəbər verir ki, çempionatı qeyd etmək üçün ölkələrinə qayıdan argentinalı futbolçular üstü açıq avtobusla ictimaiyyətə qarışıblar. Argentina millisinin qapıçısı Emiliano Martinez qalmaqallı hərəkətlərinə yenisini əlavə edərək Kilian Mbappeyə sataşıb.
Follow @7timesaz
Martinez komanda avtobusunda əylənərkən fransalı ulduz Kilian Mbappenin şəkli olan kuklanı ictimaiyyətə göstərib.
Bu hadisə sosial mediada böyük əks-səda doğurub.
Həmin fotonu təqdim edirik: