Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Dubaya gedib.
Metbuat.az xəbər verir ki, bu barədə Portuqaliya mənbələri məlumat yayıb. Bildirilir ki, Ronaldo Dubayda “Al Nassr” klubunun nümayəndələri ilə görüşəcək. İddialara görə, Ronaldoya edilən 2,5 illik müqavilə təklifi hələ də qüvvədədir. Ronaldo təklifi qəbul edərsə, hər mövsümə 200 milyon dollar qazanacaq.
Qeyd edək ki, bundan əvvəl “Marca” qəzeti Ronaldonun artıq qərarını verdiyini və “Al Nassr” klubu ilə müqavilə imzalayacağını yazmışdı. Qəzet yazır ki, Ronaldo məvacibinin bir hissəsini klubdan, əsas hissəsini isə reklamlardan əldə edəcək.
Follow @7timesaz