Manşet

2023-cü ildə indiki şeytani dövr bitəcək – Astronomik hadisələrin təhlili bunu göstərir

2023-cü ildə indiki şeytani dövr bitəcək – Astronomik hadisələrin təhlili bunu göstərirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

”Məgər göylərdə və yerdə olanların, Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların hamısının, insanların isə, bəzilərinin (!)Allaha səcdə etdiyini görmürsənmi?” “Quran”, “Həcc” surəsi, 18

2023-cü ildə – 20 aprel və 14 oktyabr tarixləri olmaqla – iki dəfə Günəş tutulması gözlənilir. Elmi-lədun hesablamalarımız göstərir ki, bu tutulmalar təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Burada diqqət çəkən məqamlardan biri gələn ilin tutulmalarının Saros dövrünə uyğun – 6585 gün fərqlə baş verməsidir ki,  bu da bir astronomik dövrdür. Hansı ki, Astronomiya elmində ona “Saros dövrü” deyilir (bu dövr haqqında əvvəlki yazılarımızda bəhs etmişik). Tərtib etdiyimiz və astronomiya elmində yenilik olan aşağıdakı cədvəldə bunu aydın görmək olur:

6585 gün fərqlə baş verən Günəş tutulmalarının cədvəli

Gələn ilin Günəş tutulmalarında diqqət çəkən məqamlardan biri dəastronomik hadisənin 29 ədədi altında baş verməsidir. Yəni, tutulmalarnın tarixini Hicri-qəməri təqviminə çevirsək görərik ki, bir qayda olaraq ayın 29-na düşür. Məsələn, birinci tutulma Ramazan ayının 29-na, ikinci tutulma isə, Rəbiül-əvvəl ayının 29-na təsadüf edir. Bu astronomik hadisələrin bizə ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, 29 ədədinin hikmətinə nəzər salaq.

Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinə işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir.

Yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir.

Diqqətinizi daha bir məqama yönəldək ki, “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. Gələn ilin tutulmalarının 29 ədədi altında baş verməsi Yer əhlinə kodlaşdırılmış xəbərdarlıq kimi qəbul edilməlidir. Yəni, az vaxtda insanları əsarətdə saxlayan mafiya tipli dövlətlərin (yaxud, dövlət tipli mafiyaların) dağılacağını xəbər verir.

Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir.

69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır.

Son dövrlər diktatorların hakimiyyətə gəlməsini araşdıran tədqiqatçılar bir məqama xüsusiylə diqqəti cəlb edirlər ki, onların bir çoxu hakimiyyətə 69 ədədi altında (69-cu ildə) gəlmişlər. Mafiya və monopoliyalar da həmin vaxtdan dövlətlərin içinə sızmışlar. Yəni, 69-dan dövlətlər mafiyalaşmağa başladı.

Yuxarıda qeyd etdiyimiz kimi, 69 ədədi “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd “Quran”da qiyamət rəmzi sayılır. Firoonun prototipləri olan diktatorların da 69 ədədi altında hakimiyyətə gəlmələri və xalqları hörümçək kimi tora salaraq əsarətdə saxlamaları bizə qiyamətin yaxınlaşdığını xəbər verirdi.

Bu fakt onu göstərir ki, 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanırlar.

Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır).

Yuxarıda qeyd etdik ki, 29 ədədi Yerin insan yaşayan (quru) hissəsinə işarədir. Fironun prototipləri olan diktatorların 69-cu ildə hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar. Onların qurduqları dövlətlər də mafiya tipli dövlətlərdir (yaxud, dövlət tipli mafiyalardır).

Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri, bu hörümçək toru dağılmağa başlayıb və Yaradanın iradəsi ilə bu proses irəliləməkdədir. Bu da təsadüfü deyildir. Belə ki:

29 x 69 = 2001

Gördüyümüz kimi bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir.

Xatırladaq ki, 21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan bu ədəd “Quran”da elm, kamillik və peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun hesablamalarımıza görə elm əsri olan 21-ci əsr başlayandan bəri bəşəriyyət kamillik dövrünə doğru irəliləməyə başlayıb. Bu özünü onunla büruzə verir ki, artıq cəmiyyətdə kamillik mərhələsində olan insanlar görünməyə (tanınmağa) başlayıblar və onlar cəmiyyətə İlahi mesajlar ötürürlər…

Diktatorların əsasən Şərq ölkələrində hakimiyyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz cəhdlər edirlər.

Məsələyə açıq gözlə baxdıqda isə, bunun tam əksini görmək mümkündür. Yəni, 29 faiz Yerin hər tərəfində zalımları hakimiyyətə gətirən, mafiya tipli dövlətləri yaradan və bu günədək onarın hakimiyyətini hər vəclə qoruyub saxlayan əslində qeyri müsəlmanlar – yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə, azacıq gözüaçıq olmaq yetərlidir. Özlərini “İslam” ölkəsi kimi təqdim edənlərin kimlərlə müttəfiq olmalarına baxsanız, onların mahiyyətlərini başa düşəcəksiniz (İran rus və ermənilərlə, ərəb ölkələri isə, İngilisdilli ölkəllərlə müttəfiqdirlər…).

Bizim baxışlarımıza görə bu gün dünyada nəinki İslm dövləti yoxdur, əksinə, özlərini İslam kimi təqdim edən dövlətlər dini və millətləri parçalamaqla, İslamı gözdən salmaqla məşğuldurlar…

2023-cü ilin Günəş tutulmalarının Elmi-lədun təhlili göstərir ki, Yaradan yolun azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, və onların rəhbərlərinə (!) xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə zülm etməkdən, əziyyət verməkdən çəkinsinlər. Əks halda xalqları və onların zalım rəhbərlərini ağlasığmaz bəlalar gözləyir.

Təsadüfü deyildir ki, ilk tutulma (Yerdəki saat fərqini nəzərə almaqla) ilin 111-ci günü baş verəcəkdir. Bu da Quranın 111-ci (“Əbu-Ləhəb”) surəsinə işarədir  ki, həmin surədə məşhur bir hökm verilir:

“Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” (111:1)

Elmi-lədun hesablamalarımız göstərir ki, bu hökm indiki dövrə də şamil olunacaq və zülm edənlərin əlləri quruyacaqdır!

2023-cü ilin ikinci tutulması oktyabrın 14-də baş verəcəkdir ki, Yerdəki saat fərqini nəzərə alsaq həmin tarixin ilin 286-cı günü olduğunu görərik. Bu ədəd orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayıdır.

Burada diqqət çəkən digər maraqlı məqam ondan ibarətdir ki, başqa tutulmalar kimi, bu tutulma (14 oktyabr tutulması) da 286 ədədinin üç misli olan 858 ədədi ilə təkrarlanır. Bunu aşağıdakı cədvəldən aydın görmək olur.

Bax: 858 ədədi ilə təkrarlanan Günəş tutulmasının cədvəli

Bu və digər hesablamalarımız göstərir ki, 2023-cü ilin Günəş tutulmaları bəşəriyyətə ötürülmüş astronomik mesajlardır və insanların diqqətini Qurana (Allahın buyurduqlarına) yönəltmək məqsədi daşıyır. Yerə enən bəlalardan sığortalanmaq üçün Allahın kitabda yazdığı tövsiyyələrə əməl etməli, bütün pis əməllərdən, o cümlədən xalqa zülm etməkdən əl çəkilməlidir. Əks halda yuxarıda qeyd etdiyimiz kimi, 111-ci surədəki hökmün icrası vacib olacaqdır.

2023-cü ilin Günəş tutulmalarının təhlili göstərir ki, indiki şeytani dövr gələn il bitəcək, dövlət adına qurulmuş bütün mafiya və monopoliyalar dağılacaq; onları yaradanlar isə, ciddi cəzalanacaqlar…

Təsadüfü deyildir ki, Quranın 23-cü surəsi “Möminlər” adlanır və ilk ayəsində möminlərə qələbə vəəd olunur:

“Həqiqətən, möminlər Nicat tapmışlar!” (23:1)

Elmi-lədun hesablamalarımız göstərir ki, Allahın möminlərə verdiyi bu vəəd məhz elm əsrinin 23-cü (!) ilində gerçəkləşəcəkdir.

Qüdrət Allaha məxsusdur!

 

Paşa Yaqub,

Həkim, elmi-lədun bilicisi