Maqazin

Cennifer Lopez gənclik sirrini açıqladı

Cennifer Lopez gənclik sirrini açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

53 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopez dərisini yaxşı saxlamağı və daha gənc görünməyi necə bacardığı haqqında danışıb.

Sfera.az bildirir ki, “American Vogue”ya müsahibə verən ulduz özünə qulluq etmək üçün olduqca sadə bir üsula sahib olduğunu etiraf edib. Məşhurun gündəlik rutininə onun “JLo Beauty”brendindən təmizləyici, nəmləndirici serum və SPF-30 günəş kremi daxildir.
Bundan əlavə, J. Lo yuxunun və yaxşı əhval-ruhiyyənin vacibliyini vurğulayıb.”Dünyanın bütün kosmetik vasitələrindən istifadə edə bilərsiniz, ancaq bədbəxtsinizsə və dəriniz pis vəziyyətdədirsə, bu az da olsa nəzərə çarpacaq. Hisslərinizi gizlədə bilməzsiniz. Onsuz da insanlar bunu görəcəklər”-deyə o bildirib.

Qeyd edək ki, 2022-ci ilin yayında J. Lo aktyor Ben Affleklə evləndi, 20 illik fasilədən sonra evlənib. Cütlük 2021-ci ilin yazında romantik münasibətlərini bərpa etmişdi.