Dünya

Çin həyat üçün yararlı planet axtaracaq – Günəş sistemindən kənarda

Çin həyat üçün yararlı planet axtaracaq – Günəş sistemindən kənardabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin 2030-cu ildə Günəş sistemindən kənarda həyat üçün yararlı planetlərin axtarışına başlayacaq.

Bu barədə cümə günü Çin aerokosmik elmlər və texnika korporasiyasının (CASC) sədri U Yanşen bəyan edib.

Xəbəri dekabrın 23-də TASS agentliyi “Qlobal Times” qəzetinə istinadla yayıb.

«2030-cu ildə biz, «Səslərin axtarılması» adlanan missiyanın reallaşdırılmasına başlayacağıq. Onun məqsədi – Günəş sistemindən kənarda kosmik məkanın öyrənilməsidir ki, müəyyən edilsin, orada insanların həyatı üçün yararlı planet mövcuddurmu?» – qəzet onun sözlərini sitat gətirir.

Yaxın llərdə ÇXR Yupiter və Uranın tədqiq olunması üzrə panetlərarası missiyanı, eyni zamanda Günəş sisteminin kənarlarının öyrənilməsini həyata keçirəcək, Bunu da U Yanşen bildirib. Təxminən 2025-ci ildə isə Çin Yerə nisbətən yaxın asteroidlərə kosmik zond buraxacaq.

«Üstəlik də yaxın 10-15 ildə ÇXR Marsdan nümunələrin bizim planetimizə çatdırılması missiyasını həyata keçirəcək» – o, bəyan edib.

U. Yaşenin sözlərinə görə, 2028-ci ilə Pekin Ayda beynəlxalq stansiyanın baza strukturunu tikmək niyyətindədir. Bununla eyni vaxtda, o, əlavə edib, Çin mütəxəssisləri yeni ağır daşıyıcı raketini (Çanççjen-9) işləyib hazırlayacaqlar. O, 150 ton yükün yerətrafı orbitə çatdırılmasını bacaracaq.