İdman

“Yuventus”un sabiq futbolçusu dünyasını dəyişdi

“Yuventus”un sabiq futbolçusu dünyasını dəyişdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yuventus”un və Uruqvay millisinin sabiq yarımmüdafiəçisi Fabian Onil dünyasını dəyişib. 

Fanat.Az xəbər verir ki, bu barədə Uruqvay Futbol Federasiyası məlumat yayıb.
O, 49 yaşında vəfat edib.

ESPN-in məlumatına görə, futbolçu bir gün əvvəl əziyyət çəkdiyi xroniki qaraciyər xəstəliyindən yaranan ciddi problemlərlə Uruqvay CTI Tibb Mərkəzinə gətirilib. O, mədə-bağırsaq qanaxması ilə komada xəstəxanaya çatdırılıb və reanimasiyada dünyasını dəyişib.

Alkoqol asılılığı olan Onil qaraciyər serrozundan əziyyət çəkirdi.

Fabian Onil İtaliya klublarından “Kalyari” və “Yuventus”da çıxış edib. O, Uruqvay millisində 19 matç keçirib. 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatına aparılsa da, zədə səbəbindən matçlarda iştirak edə bilməyib.