MT-nin Təhlükəsizlik Şurası Malidə baş vermiş hərbi çevrilişlə əlaqədar təcili iclas keçirəcək.
7times.az-ın TASS-a istinadən verdiyi məlumatına görə, bu barədə qurumdakı mənbə xəbər verib.
“Fövqəladə iclas avqustun 19-da qapalı formatda keçiriləcək”, – mənbə bildirib.
Xatırladaq ki, Qərbi Afrika ölkəsi olan Malinin paytaxtı Bamako yaxınlığında hərbçilər qiyam qaldırıblar. Üsyançılar artıq paytaxt Bamakoda ölkə prezidenti İbrahim Bubakar Keyta və baş nazir Bubu Sisseni həbs edib.
Mali Silahlı Qüvvələrinin Baş Qərargahı Kati bazasındakı hərbi məktəbin keçmiş direktoru polkovnik Sadio Camaranın rəhbərlik etdiyi Milli Qvardiya əsgərlərinin nəzarəti altındadır. Paytaxt Bamakoda bütün dövlət qurumları, idarələri və banklar bağlanıb.
Follow @7timesaz