Türkiyə Superliqasının 16-cı turunda “Qalatasaray” 2:1 hesabı ilə “Sivasspor”a qalib gəlib.
Offsideplus.az xəbər verir ki, turun digər matçında “Hatayspor” üzərində 4:0 hesablı qələbə qazanan “Fənərbağça” daha çox oyun keçirdiyi üçün liderliyə yüksəlmişdi (32 xal). Sivas səfərindən qələbə ilə qayıdan “Qalatasaray” 33 xalla turnir cədvəlində birinci yerə çıxandan sonra “sarı-lacivərtlər”in tviter hesabından atmacalı paylaşım gəlib.
Kadıköy təmsilçisi “Cim-Bom”un 2020-ci ilin 23 dekabrında “Başakşehir”i 4:1 hesabı ilə məğlub etdiy oyundan sonra paylaşdığı “Futbolda qara gecə!” sözlərinə belə cavab yazıb: “23 oktyabr 2022, 12 noyabr və bu gün! Türk futbolunda illərdir aydınlanmayan qara gecə!”
“Qalatasaray” isə “sus” işarəsi göstərən emoji ilə “sarı-lacivərtlər”ə cavab göndərib.
Qeyd edək ki, 23 oktyabrda “Qalatasaray” 9 nəfərlik heyətlə “Alanyaspor”la 2:2 hesablı heç-heçə etmişdi. 12 noyabrda isə “Fənərbağça” “Girəsunspor”a qarşı oyunda Pedronun qovulmasıyla azlıqda qalaraq 1:2 hesabı ilə uduzmuş, “Qalatasaray” isə “Başakşəhər”i 7:0 məğlub etmişdi.
Follow @7timesaz