Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə Şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7Times.az -a bildirilib ki, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib.
O, xəstəxanaya yerləşdirilib. Araşdırmalar davam etdirilir.
Follow @7timesaz