Dekabrın 31-də Naxçıvan şəhərində ticarət mərkəzlərinin birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə 7Times.az Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1990-cı il təvəllüdlü, şəhər sakini Günay Hüseynova müəyyən olunaraq saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Follow @7timesaz