Hadisə

Balakəndə 4 otaqlı ev əşyaları ilə birlikdə yandı

Balakəndə 4 otaqlı ev əşyaları ilə birlikdə yandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakəndə 4 otaqlı fərdi yaşayış evi yanıb.

7Times.az APA-ya istinadla məlumatına görə, yanğın hadisəsi ötən axşam saat 21 radələrində Balakən şəhəri Mehdi Hüseynzadə küçəsində, Seyfullah Hizbullah oğlu Qurbanova məxsus, ümumi sahəsi 135 kv/m olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.