Dünya

Ukrayna müharibəsinin 2023-cü il üçün PROQNOZU – Bu ölkə MƏHV OLACAQ

Ukrayna müharibəsinin 2023-cü il üçün PROQNOZU – Bu ölkə MƏHV OLACAQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibənin necə bitəcəyinə hələ də şübhə edənlər üçün Putin və Zelenskinin yeni il çıxışlarını izləməyi tövsiyə edirəm. Və mütləq əvvəldən axıra kimi izlənilməsi lazımdır. Həmin çıxışları dinlədikcə dünən baş verənlərdən, sabah olacaqlardan və ən əsası bu gün olanlardan xəbər tutmaq imkanın olacaq”.

Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

O bildirib ki, bu il Rusiyanın işğal etdiyi ərazilər geri qaytarılacaq:

“Keçən il Ukraynanın, bütün ukraynalıların ili olduğunu yazmaq istəyirdim, amma səhv etmiş ola bilərdim. Amma artıq əminliklə deyə bilərəm ki, Ukrayna vaxtıdır, bütün dünya üçün Ukrayna vaxtıdır. Keçən ilin fevralın 24-də başlayan və Rusiyanın birdəfəlik əzilməyincə davam edəcəyi savaşın hər anı Ukrayna vaxtıdır. Nəhayət bu il bu baş verəcək, yoxsa işğalçını əzmək daha uzun zaman çəkəcək, kimsə bilmir.

Amma Zelenski ilin tam dəqiq tərifini tapdı – 2023-cü il işğal olunmuş ərazilərin qaytarılması, qaçqınların öz yerlərini qaytarılması ili olacaq. Müharibə bununla da bitəcək? Bəlkə hə, bəlkə də yox…

Axı qələbə təkcə torpağın azad edilməsi deyil, qələbə sistemli hərəkətlərin nəticəsidir. Düşünürəm ki, bu il Rusiyanın Ukraynada məhvi tarixi kimi yadda qalacaq. Çünki bundan başqa bütün digər variantlar qeyri-müəyyən bir atəşkəsdir. Beləliklə münaqişənin qaynar fazasına son qoyulub 1991-ci il sərhədinə daxil olmaq qələbənin yalnız ilk mərhələsidir.

Ən ağır, ən faciəli, amma yenə də birinci variant daha münasibidir. Bundan sonra müharibə siyasi, diplomatik, iqtisadi, humanitar və digər istiqamətlər üzrə davam edəcək. Və bunu bütün ukraynalılar başa düşməlidirlər. Bu səbəbdən də bu gün Ukrayna üçün döyüşən hər kəs, hərə öz sahəsini döyüş meydanı hesab edib harada yaşamasından asılı olmayaraq, bütün bacarıqlarından bu məqsəd üçün istifadə etməlidirlər”.