İdman

“Fənərbağça” “Türkiyənin Haalandı” üçün hərəkətə keçdi

“Fənərbağça” “Türkiyənin Haalandı” üçün hərəkətə keçdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fənərbağça” “Qalatasaray”ın heyətinə qatmaq istədiyi “Hatayspor”un gənc futbolçusu Bertuğ Yıldırım üçün hərəkətə keçib.

7Times.az  “Aspor”a istinadən xəbər verir ki, “sarı-lacivərtlər” “Türkiyənin Haalandı” adlandırılan 20 yaşlı forvardı qış transfer pəncərəsində transfer edəcək. Jorje Jesus da gənc futbolçunu heyətində görmək istəyir. Klub rəhbərliyi zədələnən Joao Pedronu Bertuğla əvəzləməyi düşünür. Keçidin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Yıldırım cari mövsüm “Hatayspor”un heyətində 12 matça çıxıb, 3 qol və 1 assistlə yadda qalıb.