Maraqlı

“SSRİ dağılmasaydı, Putini Lubyankada heç kül qabını silməyə belə rəva bilməzdilər…”

“SSRİ dağılmasaydı, Putini Lubyankada heç kül qabını silməyə belə rəva bilməzdilər…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndi hamı Moskva layihəsini deyil, Avropa, Avroatlantika layihələrini arzulayır…”

“Rusiya 30 il ərzində cazibə yaradacaq heç nə nümayiş etdirməyib…”
Sovet İttifaqının tərkibinə daxil olan xalqlar bir ölkədə yaşamaq istəməyib.
Moderator.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində rusiyalı hüquqşünas, bloger Mark Feyqin bəyan edib.
“Sovet İttifaqının yaradılmasından 100 il ötür. Aydındır ki, o, saxta dövlət olub. Saxta imperialist dövlət. Mən ömrümün 20 ilini bu dövlətdə yaşamışam və bunun şahidi olmuşam. Mən sizə deyim ki, xalqlar bir-birinə nifrət edib, birgə yaşamaq istəməyib”, – Feyqin deyib.
Onun sözlərinə görə,15 müttəfiq respublika “Moskvanın boyunduruğundan azad olmağı arzulayıb”
“Kim bunun əksini iddia edirsə, dostluqdan, vahid sovet adamından, bu ağılsız konsepsiyadan danışırsa, bunlar yalançılar və ya da ideoloji cəhətdən axmaqlardır. İndi özünü sovet adamı hesab edənlər, yarımkommunistlər, yaxud bu mifi öz xeyrinə uyduranlar az deyil.
Baxın, Putin bir tərəfdən bəyan edir ki, SSRİ-nin dağılması “geosiyasi fəlakət”dir, digər tərəfdən, düşünürsən ki, SSRİ dağılmasaydı, sən kim olacaqdın? Yəni bu dağılmadan sonra o, hər şeyə nail olub, məmur, kriminal korrupsionerdən prezident postunadək ucalıb.
Mən Putini Sovet İttifaqının prezidenti kimi təsəvvür etməyə çalışıram. Bu ki, məzhəkədir! Beləsini Lubyankada heç kül qabını silməyə belə rəva bilməzdilər”, – hüquqşünas deyib.
Onun fikrincə, hazırda süni şəkildə yenidən keçmiş SSRİ xalqlarının birliyi haqqında mif yaradılır.
“Belə bir mif yaradılır ki, onların hamısı yenidən birləşmək, Sovet İttifaqının təcrübəsini təkrarlamaq istəyirlər. Heç kim heç nə istəmir. Hamı, əksinə, başqa layihələr, Avropa, Atlantika layihələrini arzulayır. Rusiyadan daha da uzaqlaşmaq istəyirlər.
Bu həqiqəti dəfələrlə yoxlamağın nə mənası var? Xalqlar Moskvanın layihəsində yer almaq istəmir. Nədən ibarərdir bu layihə? Mənə çox maraqlıdır. Bu layihəni indi bir sözlə, “müharibə” sözü ilə ifadə etmək olar. Bunadək “korrupsiya”, “reqressiya”, “staqnasiya” sözləri ilə ifadə edilib…Bu dövlət haqqında ən vəhşi sözləri tətbiq etmək olar. Çünki Rusiya bu 30 ildə cazibə doğuran heç nə nümayiş etdirə bilməyib”, – Feyqin deyib.
Kontekst:
SSRİ 1991-ci ildə süqut edib. Sovet İttifaqının fəaliyyətinin dayandırılması və Müstəqil Dövlətlər Birliyinin yaradılması barədə Saziş 1991-ci ilin dekabrında Rusiya (Boris Yeltsin), Ukrayna (Leonid Kravçuk) və Belarus (Stanislav Şuşkeviç) liderləri imzalayıb.
Ukrayna prezidenti Vladimir Zelenski iyunun 29-da Madriddə NATO sammitində bəyan edib ki, Rusiya rəhbərliyi dünyanı NATO və ya Ukraynadan fərqli görür, Putin isə keçmiş Sovet İttifaqı ölkələrinə təsirini bərpa etməyə can atır.
“Rusiyanın məqsədləri aydındır…Onlar, məsələn, Litvaya NATO üzvü kimi deyil, Sovet İttifaqının respublikası kimi baxır. Bizim üçün bu, SSRİ-nin keçmiş respublikasıdır, onlar üçün isə mümkün gələcək istila edə biləcəyi respublikadır”, – Zelenski bəyan edib.
2014-cü ildə Krımın ilhaqından başlayaraq, Putin keçmiş SSRİ respublikalarının bir hissəsini bir dövlətin tərkibinə qaytarmağa səylər göstərməkdədir.