Dünya

NATO bizə icazə vermədi –  Vuçiç

NATO bizə icazə vermədi –  Vuçiçbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Serbiyanın Kosova ərazisinə polis qüvvələri yeridilməsi ilə bağlı sorğusuna cavab verib.

7Times.az  xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Vuçiç məlumat verib.

Onun sözlərinə görə, sorğuya cavab mənfi olub.

“NATO polis qüvvələrinin Kosova və Metoxiyaya yerləşdirilməsi üçün bizə icazə vermədi”, – deyə Vuçiç bildirib.

Qeyd edək ki, son vaxtlar Kosova və Serbiya arasında hərbi-siyasi gərginlik davam edir. Kosova 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edib. ABŞ, əksər Avropa ölkələri, eləcə də Türkiyə bu ölkənin müstəqilliyini tanıyır. Azərbaycan isə Kosovanı Serbiyanın tərkib hissəsi hesab edir