Ölkə

“Azərbaycan sonsuzadək oturub gözləməyəcək” – POLİTOLOQ

“Azərbaycan sonsuzadək oturub gözləməyəcək” – POLİTOLOQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir aya yaxındır ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Maraqlıdır ki, sözügedən aksiya nə vaxtadək davam edəcək? Hazırda Şuşada , Xankəndi ətrafında havanın temperaturu mənfi 18-20 dərəcə civarındadır. Təbii ki, belə şaxtalı-sazaqlı havada aksiya keçirmək asan deyil. Qarşıdan isə daha soyuq aylar gəlir. Faktiki olaraq erməni tərəfi bu məsələdə hansısa yumşaq mövqe nümayiş etdirmir.

Bəs Azərbaycan nə vaxta qədər Ermənistan hakimiyyətinin, özəlliklə də Paşinyanın şıltaqlığı ilə mübarizə aparacaq və buna qarşı susqun qalacaq? Ümumiyyətlə sözügedən aksiyanın perspektivi necə görünür? Təbii ki, Azərbaycanın məramı, niyyəti bəllidir və düzgündür, amma hara qədər? Əslində aksiyanın keçirilməsi erməni tərəfini bir o qədər də narahat etmir. Çünki Xankəndinə humanitar dəhliz açılıb, rahat gediş-gəliş təmin olunub, orada yaşayan ermənilərin bütün ehtiyacları qarşılanır. Bəs Azərbaycan tərəfi nəyə görə bu qədər əziyyətə qatlaşmalı olur? Axı aksiyanın keçirilməsi kifayət qədər maddi vəsait tələb edir, üstəlik gənclərimiz şaxtalı-sazaqlı havada mücadilə aparmalı olur. Bunun qarşılığı nə olacaq? Hazırda hər şey qeyri-müəyyəndir. Bu suallara cavab tapmaq üçün Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətova müraciət etdik.

Politoloq 7Times.az-ın əməkdaşının suallarını cavablandırıb: “Öncə onu qeyd edim ki, ekoaktivistlərin Xankəndi-Laçın yolunda keçirdiyi aksiyanın nəticəsi olaraq Azərbaycan ərazisindən çıxarılan təbii sərvətlərin qannsuz şəkildə istismarı müvəqqəti də olsa dayandırılıb. İkincisi, Azərbaycanın Qarabağ bölgəsinə Laçın dəhlizi vasitəsilə daşınan silah-sürsat və hərbi texnika, eləcə də qeyri-humanitar məqsədlərə xidmət edən vasitələrin daşınması prosesi dayandırılıb. Digər məsələ isə Qarabağda yaşayan ermənilərlə bağlıdır. Zaman keçdikcə sadə Qarabağ erməniləri ilə qondarma separatçı rejim arasında gərginlik artır. Əlbəttə artıq Paşinyan açıqlamasını verib və bildirib ki, Qarabağda baş verən proseslərin bizə aidiyyatı yoxdur, bu məsələ Moskvanın öhdəliyindədir. Amma Ermənistan yaxasını nə qədər kənara çəkmək istəsə də, Qarabağ münaqişəsinin həlli Ermənistanla danışıqlardan asılıdır. Doğrudur, burada Rusiya amili də var və Rusiya müəyyən manipulyasiya vasitələri ilə prosesləri uzatmağa çalışır. Amma düşünürəm ki, Azərbaycan məhz ekoaktivistlərin Qarabağdakı fəaliyyəti ilə bir sıra məsələlərə artıq aydınlıq gətirib. Bilirsiniz ki, Azərbaycanın sözügedən məsələ ilə bağlı konkret tələblər irəli sürüb. Laçın dəhlizində Azərbaycanın nəzarəti altında post qurulmalıdır, Qarabağda qeyri-qanuni istismar tamamilə dayandırılmalıdır və Azərbaycandan monitorinq heyəti ora getməlidir, həmçinin Azərbasycan mediasının nümayəndələri həmin əraziyə buraxılmalıdır, Yadınızdadırsa, dekabrın 3-də media nümayəndələri sözügedən əraziyə buraxılsalar da, artıq dekabrın 7-də onlaın əraziyə daxil olmasımna imkan verilməmişdi. Qarabağ erməniləri ilə azərbaycanlılar arasında qarşılıqlı münasibətlərin formalaşdırılması da xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir. Separatçı rejim, eləcə də separatçı rejimə məxsus silahlı dəstələr Qarabağdan çıxarılmalıdır. Əslində Azərbaycanın tələbi Rusiyanın Qarabağdakı yuridiksiyanın Azərbaycana ötürülməsindən ibarətdir. Bu artıq Ermənistana deyil, birbaşa Rusiyaya bağlı məsələdir. Söhbət Azərbaycanın Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və digər ərazilərindəki yuridiksiyasından gedir. Bu prosesin həyata keçirilməsinə əngəl olan, onu uzadan məhz Rusiyadır. Düşünürəm ki, Azərbaycanın tələbləri yerinə yetirilənədək sözügedən aksiya davam edə bilər. Bəli, humanitar yüklərin daşınmasına imkan yaradılıb. Amma artıq qeyd etdiyim kimi, əsas məsələ odur ki, Qarabağa qanunsuz yüklərin keçirilməsi dyandırılıb. Təbii ki, Azərbaycan sonsuzadək oturub gözləməyəcək. Bəlli bir müddət ərzində tələblərimiz həyata keçirilməsə, artıq Azərbaycan bu məsələni güc yolu ilə həll etməli olacaq. Dediyim kimi, Laçın dəhlizində nəzarət Azərbaycana keçməlidir, post qurulmalıdır və Azərbaycan nümayəndə heyəti həmin ərazilərə buraxılmalıdır. Azərbaycanın əsas tələbləri bunlardır. Hələ ki, Azərbaycan tələblərini yumşaq formada həyata keçirməyə çalışır, əgər sözügedən məsələlər xoşluqla həll olunmasa, məcburən güc müstəvisində öz həllini tapacaq”.

Rübabə Səməndər

7times.az