Abşeronun Məmmədli kəndində baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 25 ədəd texnikası, eyni zamanda 132 canlı qüvvəsi cəlb olunub.
7Times.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov deyib. O bildirib ki, yanğın 90 dəqiqə ərzində tam lokallaşdırılıb: “Yanğın çardaq hissəsində baş verib. Birinci mərtəbədə yerləşən ticarət mərkəzinin anbarına daxil olub. Bina sakinləri təxliyə olunub. Yanğının baş vermə səbəbləri araşdırılır”.
Follow @7timesaz